09 
Okt
2021
18:45
538

Batumidə dağıntılar altından daha bir nəfərin cəsədi çıxarıldı

Batumidə xilasedicilər dağıntılar altından daha bir nəfərin cəsədini çıxarıblar.

InterPress.ge xəbər verir ki, Fövqəladə Hallar İdarəsinin əməkdaşları hələ də hadisə yerindədir.

Batumidə axtarış-xilasetmə əməliyyatı iki gündür ki, davam edir. Yaşayış binasının çökməsi nəticəsində 8 nəfər ölüb.  Dünən gecə dağıntılar altından xilas edilən daha bir vətəndaş bu gün səhər saatlarında klinikada dünyasını dəyişib.

Dağıntılar altından çıxarılan 36 yaşlı kişi bu mərhələdə klinikadadır, həkimlərin qiymətləndirməsinə görə onun vəziyyəti ağırdır.

Batumidə yaşayış binasının çökməsi ilə bağlı aparılan araşdırma çərçivəsində Daxili İşlər Nazirliyi 3 nəfəri saxlayıb.  Saxlanılanlardan biri birinci mərtəbədə yerləşən mənzilin sahibidir.

Baş nazirin qərarına əsasən, 11 sentyabr Gürcüstanda matəm günü elan edilib.

Bizimlə əlaqə saxlayın