Dağıntılar altından daha bir uşaq və bir qadın cəsədi çıxarıldı
Batumidə xilasedicilər kiçik bir uşağın və bir qadının cəsədini yaşayış binasının dağıntıları altından çıxarıb.
InterPress.ge xəbər verir ki, xilasedicilər hər iki cəsədi eyni yerdən çıxarıblar.
Məlumat üçün bildirək ki, dünən Batuminin 26 May küçəsində baş verən faciə nəticəsində 4 -ü bir ailənin üzvü olmaqla 8 nəfər ölüb. Ölən iki nəfərin cəsədi bir neçə dəqiqə əvvəl xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb.
Dünən xilasedicilər tərəfindən binanın dağıntıları altından çıxarılan 36 yaşlı kişiyə gəlincə, o, klinikadadır və vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar 3 nəfəri saxlayıb. Agentlikdən verilən məlumata görə, Batumidə binanın birinci mərtəbəsində mənzillərdən birinin sahibinin rəhbərliyi altında təmir işləri aparılıb və bu da girişin uçmasına səbəb olub. Mənzilin sahibi və iki işçi saxlanılıb.


