09 
Okt
2021
12:21
1721

Gürcüstanda 11 oktyabr matəm günü elan olundu

Batumi faciəsi ilə əlaqədar olaraq, 11 oktyabr Gürcüstanda matəm günü elan edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili qərar qəbul edib.

“Batumdakı faciə ilə əlaqədar dərin kədərimi bildirirəm və həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. Onlarla birlikdə bütün Gürcüstan bu dəhşətli faciəyə yas saxlayır.

Mənim qərarımla şəhidlərin xatirəsi şərəfinə 11 oktyabr Bazar ertəsi matəm günü elan ediləcək.

Dövlət hadisə qurbanlarına bütün lazımi köməkliyi göstərəcək.

Günahı üzə çıxan bütün şəxslər qanunun bütün qüvvəsi ilə cəzalandırılacaqlar. Daxili İşlər Nazirliyi artıq 3 nəfəri həbs edib və istintaq davam edir", - deyə Baş nazir İrakli Qaribaşvilinin başsağlığı məktubunda deyilir.

Bizimlə əlaqə saxlayın