09 
Okt
2021
11:14
806

Gürcüstanda koronavirusun bu günə olan statistikası

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 844 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 631 563 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 814 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 598 468 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 29 nəfər ölüb və ölənlərin ümumi sayı 9 221 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın