09 
Okt
2021
10:40
1075

Batumidə dağıntılar altından çıxarılanların sayı açıqlandı

Batumidə yanğınsöndürən-xilasedicilər bu mərhələdə iki nəfəri dağıntılar altından xilas edib, onlar xəstəxanaya aparılıb. Bundan əlavə beş nəfərin cəsədi tapılıb.

InterPress.ge xəbər verir ki, dağıntılar altından xilas edilən 2 nəfərin vəziyyəti ağırdır.

Yaşayış binasının çökdüyü  yerdə axtarış -xilasetmə işləri davam edir.  Dağıntılar altında daha neçə nəfərin olduğu hələlik məlum deyil.

Daxili İşlər Nazirliyi birinci mərtəbədəki mənzilin sahibi də daxil olmaqla yaşayış binasının çökməsi ilə əlaqədar 3 nəfəri saxlayıb.

Araşdırma nəticəsində Batuminin 26 May küçəsindəki yaşayış binasının birinci mərtəbəsinin sahibinin mənzillərdən birinin təmiri üçün iki nəfəri işə götürdüyü müəyyən edilib. Mənzil sahibinin göstərişi ilə və təhlükəsizlik qaydaları kobud şəkildə pozularaq mənzildə tikinti və təmir işləri aparılıb ki, bu da bu il oktyabrın 8 -də çoxmənzilli binanın girişlərindən birinin uçmasına səbəb olub.

Xatırladaq ki, dünən Batuminin 26 May küçəsindəki 7 mərtəbəli binanın girişlərindən biri çöküb.

Bizimlə əlaqə saxlayın