09 
Okt
2021
10:15
438

Batumidə xilasedicilər dağıntılar altından uşaq cəsədi çıxardı

Xilasedicilər Batumidə dağıntılar altından daha bir meyit çıxarıblar.

InterPress.ge xəbər verir ki, dağıntılar altından çıxarılan azyaşlıdır. 

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. Dağıntılar altında neçə nəfərin qaldığı hələ də məlum deyil.

Xatırlatmaq istərdik ki, dünən Batuminin 26 May küçəsində 7 mərtəbəli bina çöküb.

Bizimlə əlaqə saxlayın