08 
Okt
2021
13:52
1566

Mixail Saakaşvilinin atası: "Mişa! Bir həkim və ata olaraq sənə müraciət edirəm ki, aclığı dayandır!"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin atası Nikoloz Saakaşvili oğlunu aclıq aksiyasına son qoymağa çağırıb.

InterPress.ge xəbər verir ki, Nikoloz Saakaşvili bu barədə sosial şəbəkədə yazıb.

Nikoloz Saakaşvilinin sözlərinə görə, Saakaşvilinin aclığı "artıq düşmən dəyirmanına su tökmək"dir  və gələcək mübarizə üçün enerji toplanmalıdır.

"Bu mərhələdə oğlum Mişa ilə başqa heç bir ünsiyyət vasitəm yoxdur, ümid edirəm ki, bunu sosial media vasitəsi ilə eşitdirərəm. Mişa! Bir həkim və ata olaraq sənə müraciət edirəm. Aclıq sənin sağlamlığına heç bir müsbət təsir göstərməyəcək. Ölkənin və sonuna qədər xalqın yanında durmağın vacibdir. Aclıq müəyyən mərhələdə öz etiraz işini gördü. İndi enerjini xalqla birlikdə səfərbər etməyinin vaxtıdır. Bil ki, artıq ac durmağın düşmən dəyirmanına su tökməkdir. Xahiş edirəm bu aksiyanı dayandır, gücünü və enerjini növbəti mübarizə üçün topla. Qərar al, tezliklə görüşənə qədər", - Nikoz Saakaşvili yazıb.

Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili artıq yeddi gündür ki, aclıq elan edib.

Bizimlə əlaqə saxlayın