Batumida bina çökdü - Dağıntılar altında qalan var - FOTO
Batumidə, 26 May küçəsində yaşayış binası çöküb.
InterPress.ge xəbər verir ki, hazırda yanğınsöndürən-xilasetmə xidmətinin əməkdaşları və hüquq -mühafizə orqanları hadisə yerindədir.
Şahidlər Batumidə 5 mərtəbəli binanın girişinin çökməsi ilə bağlı bəzi detallardan danışıblar.
Yerli sakinlərdən birinin sözlərinə görə, partlayışdan sonra bina çöküb.
"Əvvəl səs gəldi, sonra çökdü, yəqin bir şey partladı", - şahidlərdən biri deyib.
Hazırda çökmüş yaşayış binasından əhali təxliyə olunur.
Xilasedicilər yanğınsöndürmə pilləkənləri vasitəsi ilə bina sakinlərini eyvandan çıxarırlar.
Məlumata görə, xilasetmə qrupları dağıntılar altından bir uşaq da çıxarıb.
Hüquq -mühafizə orqanları xüsusi lentlə ətrafı mühasirəyə alıb.


