08 
Okt
2021
11:34
1068

Gürcüstanda qəbrlərdən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanın Daxili İşlər Nazirliyinin Quria Polis Departamentinin Lançxuti Rayon Şöbəsi və İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Şöbəsinin əməkdaşları keçmişdə məhkum olunmuş 2 nəfəri: 1980 -ci il təvəllüdlü R.P. və 1991 -ci il təvəllüdlü K.K.-nı, mərhuma hörmətsizlik və məzardakı əşyanı qrup halında qanunsuz olaraq mənimsəmək ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Lançxuti bələdiyyəsində 5 məzardan oğurluq ediblər. O cümlədən, saxlanılan şəxslər Kviani kəndində Şindisi qəhrəmanı - Ruslan Tsuladzenin məzarına yerləşdirilmiş alüminium məmulatları qanunsuz olaraq ələ keçiriblər. Təqsirləndirilən şəxslər qəbirlərdən oğurlanan metalın detallarını Zestaponi şəhərindəki qara və əlvan metalların qəbul mərkəzinə təhvil veriblər. Polis oğurlanmış malları sübut kimi götürüb.

Mərhuma hörmətsizlik və qəbirdəki əşyanın qrup şəklində qanunsuz olaraq mənimsənilməsi faktları Gürcüstan Cinayət Məcəlləsinin 258 -ci maddəsinin 3 -cü hissəsinin "a" bəndinə əsasən araşdırılır.

Cinayətdə 3 il həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın