08 
Okt
2021
10:57
532

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 661 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 628 719 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 274 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 597 654 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 30 nəfər ölüb və ölənlərin ümumi sayı 9 192 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın