07 
Okt
2021
14:57
2234

Bütün Gürcüstanın Patriarxı II İlia Mixail Saakaşviliyə xahiş ünvanladı

Bütün Gürcüstanın Patriarxı II İlia, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilidən xristianlığa zidd bir hərəkət olduğu üçün aclığa son qoymasını xahiş edib. Bu xahişi Mixail Saakaşviliyə Patriarxın katibi deyib. 

InterPress.ge xəbər verir ki, bu barədə Patriarxlıq məlumat yayır.

"Katolikos-Patriarxın katibi Mikael Botkoveli, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlianın xeyir-duası ilə Rustavi Cəzaçəkmə Müəssisəsində Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilini ziyarət etdi.

Mikael Botkoveli İlia Həzrətlərinin xeyir-dua və salamlarını cənab Mixail Saakaşviliyə çatdırdı və bütün oxşar hallarda olduğu kimi bu dəfə də kilsə adından xristianlığa zidd bir hərəkət olduğu üçün aclıq aksiyasına son qoymağı xahiş etdi", - Patriarxlığın məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın