Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 228 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 626 058 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 711 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 596 380 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 28 nəfər ölüb və ölənlərin ümumi sayı 9 1622 nəfər təşkil edib.
