Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycan XİN nümayəndəsi: "Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü istisna edilmir"

282
Azərbaycan XİN nümayəndəsi: "Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü istisna edilmir"
Dinləmək üçün basın

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilib-keçirilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilib-keçirilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

InterPress.ge xəbər verir ki, XİN rəsmisi Azərbaycan tərəfinin hər zaman dialoqa açıq olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir: "Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Biz post-münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik".

"Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə üç dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasıyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər", - L.Abdullayeva vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →