06 
Okt
2021
18:40
2404

Gürcüstanda yağışlı hava şəraiti nə vaxta kimi davam edəcək? - Hava proqnozu

Oktyabrın 7 -dən 9 -dək Şərqi Gürcüstanda arabir yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı, duman olacağı, güclü külək əsəcəyi  gözlənilir.

InterPress.ge xəbər verir ki, oktyabrın 7-9-da paytaxt da daxil olmaqla Şərqi Gürcüstan şəhərlərində yağışlı hava gözlənilir.

Məlumata görə, temperatur +12 ilə +15 dərəcə arasında dəyişəcək.

Oktyabrın 10 -dan etibarən Şərqi Gürcüstanda hava açılacaq və isti olacaq.  Temperatur +20 ilə +24 dərəcə arasında dəyişəcək.

Qərbi Gürcüstana gəlincə, burada oktyabrın 7 -dən havalar açılacaq və isti olacaq.  Havanın temperaturu +20 ilə +27 dərəcə arasında dəyişəcək.

Oktyabrın 8 -dən başlayaraq yüksək dağlıq ərazilərdə yağıntıların dayanacağı və temperaturun yüksələcəyi gözlənilir.  Maksimum hava istiliyi +18 dərəcəyə çatacaq.

Bizimlə əlaqə saxlayın