Gürcüstanda daha 13 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Belə ki, ölkəmizdə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 288-ə çatıb.
Məlumata görə, ölkədə karantində 4723, stasionar nəzarətdə isə 446 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 623 nəfər yoluxub, onlardan 9 nəfər dünyasını dəyişib.
