Şalva Natelaşvili Marneulidə bıçaqlanan Eyvaz Məmmədovu ziyarət etdi
Seçki günü Daştəpə kəndində, şifahi mübahisə zəminində bıçaqlanan "Leyboristlər Partiyası"nın Marneuli seçki qərargahının üzvü Eyvaz Məmmədovu adı çəkilən partiyanın lideri Şalva Natelaşvili ziyarət edib.
InterPress.ge xəbər verir ki, Natelaşvili görüşdə Eyvaz Məmmədovun sağlamlıq vəziyyəti ilə maraqlanıb.
Natelaşvili Məmmədova göstərdiyi cəsarət görə təşəkkür edib.
"Bu adam ölümdən xilas oldu, ürək-sinək nahiyəsindən xəsarət alıb. Bildiyiniz kimi, hakimiyyət bülletenləri oğurlamaq üçün 3800 məntəqədəki kommisiya üzvlərini və nümayəndələri əlimizdən aldı. Tərəfdarlarımız həvəskar olaraq məntəqələrə nəzarətə gedəndə, bu adama beləcə ölümcül yara vurdular. Bu cür rejimlə məşğuluq. Bunları uzaqlaşdırsaq, terrorizm də daxil olmaqla bir çox təhlükə aradan qalxacaq. Buna görə də, bu, daimi olaraq üzərində düçünüləcək və mübarizə aparılacaq bir mövzudur. Bildiyimə görə, bu ailə birinci dəfə təqibə məruz qalmayıb", - Natelaşvili bəyan edib.


