06 
Okt
2021
11:27
1687

Qar səbəbiylə bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Qar səbəbiylə Mçxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta) -Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağandır, digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları İdarəsindən məlumat verilib.

Yollar İdarəsindən verilən məlumata görə, nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam bərpası üçün müvafiq bərpa işləri fasiləsiz aparılır.

Bizimlə əlaqə saxlayın