05 
Okt
2021
15:46
1411

Parlament Nika Melianın deputat mandatına xitam verdi

Gürcüstan Parlamenti Milli Hərəkatın sədri Nika Melianın mandatına xitam verib. 

InterPress.ge xəbər verir ki, plenar iclasda səsvermə bir neçə dəqiqə əvvəl keçirilib.

79 millət vəkili Nika Melianın millət vəkilliyinə xitam verilməsini dəstəkləyib, heç kim əleyhinə səs verməyib.

Müxalifət partiyalarından olan deputatlar iclasa gəlməyiblər.

Qeyd edək ki, Nika Melianın özü deputat mandatına xitam verilməsi ilə bağlı Parlamentə müraciət etmişdi.

Bizimlə əlaqə saxlayın