Ramazan ayının 14-cü gününün imsak, iftar duası və vaxtları
Ramazan təqviminə əsasən, mayın 8-də imsak Tbilisi vaxtı ilə saat 03:58-də, iftar vaxtı isə 20:24-dədir. İftar vaxtı bir neçə dəqiqə ehtiyyat etmək məsləhət görülür.
14-cü günün imsak vaxtının duasını təqdim edirik:
Duanın oxunuşu: “Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin”.
Tərcüməsi: “İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”
İftar duası:
Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!


