Rustavi zavodunda partlayışla bağlı açıqlama verildi
Rustavi Metallurgiya Zavodunun ərazisində baş verən partlayışla bağlı açıqlama verilib.
InterPress.ge xəbər verir ki, mövcud hadisə ilə əlaqədar İctimaiyyətlə Əlaqələr Meneceri Salome Çxeidze məlumat verib.
Onun sözlərinə görə, bir nəfərin həyatına son qoyan partlayış istehsal prosesi zamanı atelyedə baş verməyib.
"Partlayış zavod ərazisində baş verdi, ancaq bu daxili deyil, xarici ərazidir. İstintaq başlayıb və baş verənləri öyrənmək bizim üçün də vacibdir", - deyib Salome Çxeidze.
Rustavi Metallurgiya Zavodunda baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin əmək təhlükəsizliyi normalarının pozulmasını nəzərdə tutan 240 -cı maddəsi ilə istintaq başlayıb.
“Hazırda araşdırma aparılır. Bitəcək və hər şey aydın olacaq. Hazırda zavodda iş dayandırılmayıb, fabrik işləyir”, - deyə metallurgiya zavodundan bildiriblər.


