Marneulidə bir nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin əməkdaşları axtarış və istintaq tədbirləri nəticəsində müxtəlif vaxtlarda İmereti və Kvemo Kartlidə qanunsuz odlu silah və döyüş sursatı ələ keçiriblər.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, odlu silah və döyüş sursatının qanunsuz alınması-saxlanması və gəzdirilməsi ilə əlaqədar 2 nəfər saxlanılıb: 1985-ci il təvəllüdlü M.Ğ. və 1990 -cı il təvəllüdlü V.Q.
İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Zestaponi Rayon Şöbəsinin əməkdaşları, M.Ğ.-nın nəqliyyat vasitəsinə edilən axtarış nəticəsində Makarov sistemli odlu silah, döyüş sursatı və 8 patronu sübut kimi götürüblər.
V.Q. -yə gəlincə, o, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları tərəfindən Alqeti kəndi yaxınlığında hərəkət edərkən dayandırılıb. Şəxsi axtarışı nəticəsində polis sübut olaraq 6 ədəd patronla birlikdə Naqani sistemli odlu silah götürüb.
Odlu silah və döyüş sursatının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları Gürcüstan Cinayət Məcəlləsinin 236 -cı maddəsinin 3 -cü və 4 -cü hissələri ilə araşdırılır.
Cinayətlərdə 4 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.


