05 
Okt
2021
10:39
654

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 800 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 621 420 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 485 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 593 153 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 42 nəfər ölüb və ölənlərin ümumi sayı 9 110 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın