Saakaşvili: "Fədakarlığımla Gürcüstan üçün həyat və ölümün dəyərli olduğunu sübut etməyə hazıram"
Nika Qvaramia, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ziyarət edib.
InterPress.ge xəbər verir ki, ziyarətdən sonra Qvaramia Mixail Saakaşvilinin həbsdə yazdığı məktubu oxuyub.
Saakaşvilinin sözlərinə görə, özü və ona görə saxlanılan şəxslər azad olunana qədər aclıq aksiyasına son qoymaq niyyətində deyil.
Saakaşvilinin bəyanatında hər cür tibbi yardımdan imtina etdiyi bildirilir.
“İstəyirəm ki, Gürcüstan vətəndaşları qəti qərarımı bilsinlər. Xalqımıza hakimiyyəti və demokratiyanı bərpa etmək üçün Gürcüstana qayıtdım. Gözlənildiyi kimi rejim məni saxladı. Hətta dəmir barmaqlıqlar arxasında da azad insan olaraq qalıram. Yəqin bilirsiniz ki, mən aclıq elan etmişəm və mən və mənimlə əlaqədar saxlanılan şəxslər azad olunana qədər heç bir halda bunu dayandırmayacağam. Həyatı çox sevirəm, amma həyatımın sonuna qədər və bütün hallarda aclığı davam etdirəcəyəm. Artıq varlığımla xalqıma kömək edə bilməsəm, fədakarlığımla Gürcüstan üçün həyat və ölümün dəyərli olduğunu sübut etməyə hazıram. Nəyə getdiyimi dəqiq bilirəm. Ailəmin və sevdiklərimin ürəyini ağrıtmaq istəməzdim, amma huşsuz vəziyyətdə belə hər cür tibbi müdaxiləni rədd etdim. Bunu sizi aktivləşdirmək üçün yazıram, hamınızı çox sevirəm", - Saakaşvili yazıb.


