Mixeil Saakaşvili yeni müraciət paylaşdı
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili yeni müraciət paylaşıb.
InterPress.ge xəbər verir ki, onun məktubu Rustavi Cəzaçəkmə Müəssisəsində keçmiş prezidenti ziyarət edən vəkili Dimitri Sadzaqlişvili ilə əlaqədardır.
Saakaşvili tərəfdarlarına müaricət edərək "onlarla fəxr etdiyini və təslim olmamalarını" qeyd edib.
"Bu son referendumda çox yaxşı nəticələr əldə etdik. Yerli seçkilərdə bu hökumət həmişə asanlıqla qazanırdı, heç bir əlavə gərginliyə ehtiyac duymurdu. İndi xalqı qırdıqlarını düşünəndə, bütün böyük şəhərlərdə ikinci tur var, bunlardan bir neçəsində Milli Hərəkar irəlidədir. Bu yalnız bir şey deməkdir - təslim olmadıq, hətta daha da mübarizə apardıq. Bu hakimiyyətin günləri sayılıdır. Sizinlə fəxr edirəm", - Mixail Saakaşvili deyib.


