04 
Okt
2021
11:52
515

Avqust ayında bu məhsulların qiymətləri bahalaşdı

İllik inflyasiya sentyabr ayında yüzdə 12,3 olub. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin məlumatında qeyd olunub.

Milli Statistika İdarəsinin hesabatına görə, ərzaq və alkoqolsuz içkilərin qiymətləri 15,9 faiz bahalaşıb.

Geostat -ın statistikasında qeyd olunduğuna görə, avqust ayında duru yağ və kərə yağın qiymətləri illik ən yüksək ərzaq qiyməti olaraq 40.7 faiz artıb. Tərəvəz və bağçılıq məhsullarının qiymətləri 38,2 faiz artıb. Süd, pendir və yumurtanın qiyməti 17,1 faiz bahalaşıb. Şirniyyat isə 16,6 faiz bahalaşıb. Çörək və çörək məmulatlarına gəlincə, qiymətlərdə 13,2 faiz artım olub. Mineral və bulaq suyu, alkoqolsuz içkilər və təbii şirələr 12,6 faiz, balıq qiymətləri isə 11,5 faiz bahalaşıb. Ət və ət məhsullarının qiymətləri 10,4 faiz artıb. Ölkədə illik inflyasiya avqust ayında yüzdə 12,8 olub. Sentyabr ayında bir qədər aşağı düşərək yüzdə 12,3 olub.

Bizimlə əlaqə saxlayın