Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 867 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 618 620 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 877 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 591 668 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 30 nəfər ölüb və ölənlərin ümumi sayı 9 068 nəfər təşkil edib.
