03 
Okt
2021
17:46
930

Gürcüstanda məktəblər açılır

Gürcüstanın dövlət və özəl məktəbləri oktyabrın 4 -dən məktəb binalarında təhsilə başlamağa hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayır.

Nazirlikdən məktəblərdə virusun qarşısının alınmasını təmin edəcək, Səhiyyə Nazirliyinin hazırladığı tövsiyələrə ciddi əməl ediləcəyi bildirilib.

Məktəblər gigiyenik avadanlıqlarla təchiz olunub. Müəssisələr müvafiq dezinfeksiyaedici məhlullar, maskalar, termoskrininq aparatları və dezobariyerlərlə təmin olunub.

Virusun qarşısının alınması üçün resurslar tədris ili ərzində məktəblər üçün səfərbər edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər