03 
Okt
2021
13:25
540

DİN seçki günü polisə tabe olmadığına və xuliqanlığa görə yeddi nəfəri saxladı

Polis, daxil olan və mətbuatda yayılan məlumatlara əsaslanaraq seçki günü seçki məntəqələrin yaxınlığında baş verən 200 -ə qədər insidentə cavab verib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Strateji Əlaqələr Departamentinin direktoru Ketevan Kovziaşvili Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

"Seçki Məcəlləsi ilə müəyyən edilmiş tələblərin pozulması ilə əlaqədar olaraq, hər bir halda polis qanunla nəzərdə tutulmuş tədbirləri gördü - müəyyən edilmiş qaydaya uyğun olaraq, ilk dəfə əlaqədar şəxslərə təlimat verildi və yalnız bir halda vətəndaş inzibati qaydada - 2000 lari məbləğində cərimələndi.

Polis, ölkə daxilində qanuni tələbə tabe olmamaq və xuliqanlıq etməklə bağlı inzibati qanun pozuntusu ilə əlaqədar yeddi, o cümlədən Marneulidə - 3, Aspindzada -2, Lançxutidə -1 və Tbilisidə - 1 nəfəri saxladı", - deyə bildirilib.

Eyni zamanda, Daxili İşlər Nazirliyinin Strateji Əlaqələr Departamentinin direktorunun dediyinə görə, Daxili İşlər Nazirliyi seçkilər zamanı baş verən hadisələrlə əlaqədar Gürcüstan üzrə 16 cinayət işi üzrə istintaqa başlayıb.

Bizimlə əlaqə saxlayın