Marneuli üzrə 91 məntəqədə bütün səslər sayılıb və nəticələr açıqlanıb.
InterPress.ge xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi nəticə aşağıdakı kimidir:
"Gürcü Arzusu" partiyasının namizədi Kənan Ömərov 68,26 %.
Müxalif Vahid Milli Hərəkat partiyasının namizədi Eldar Mustafayev 28,17 %.
"Avropalı Gürcüstan" partiyasının namizədi Əhməd İmamquliyev isə 3,58 % səs toplayıb.
