02 
Okt
2021
22:48
2415

Seçici fəallığı neçə faiz olub? - Son məlumatlar

2021 -ci il yerli özünüidarəetmə seçkilərinə 1.815.776 seçici gedib ki, bu da seçicilərin 51.92% -ni təşkil edir.

InterPress.ge xəbər verir ki, bu barədə MSK-dan məlumat verilib.

MSK sözçüsü Natia İoselianinin sözlərinə görə, səsvermə prosesi sakit keçib.

"Gün ərzində dairə seçki komissiyalarına əksəriyyəti əsasən prosedur çatışmazlıqları ilə bağlı 366 şikayət daxil olub və komissiya üzvlərinin intizam məsuliyyətinə cəlb edilməsi tələb olunub.

Seçki idarəsi üçün səsin hesablanması mərhələsi indi başlayır. Məntəqə xülasə protokolları tərtib edildikdən sonra müvafiq komissiyalara təhvil verilir, orada bu protokollar skan olunur və ən qısa zamanda MSK -ya təqdim olunur. Nəticələri əldə edən kimi xüsusi veb sayta yükləyəcəyik", - deyib Natia İoseliani.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər