Marneulidə ikinci turun olmayacağı açıqlandı
"Marneulidə seçkilər birinci turda başa çatacaq".
InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun üzvü Qiorqi Kaxiani deyib.
Kaxianinin izah etdiyinə görə, insidentlər seçkinin nəticələrinə təsir etməyib.
"Bütün gün Marneulidə oldum və prosesin necə davam etdiyi barədə tam məlumat alırdım. Sizə deyə bilərəm ki, ümumi mənzərədə sakitlik hökm sürürdü, təəssüf ki, radikal müxalifət qrupları tərəfindən qəsdən bir neçə təxribat törədildi, ancaq biz bütün bunları sakitliklə qarşıladıq və bütün insidentlər aradan qaldırıldı. Ən əsası, onlardan heç biri konkret bir məntəqənin və seçkilərin nəticələrinə təsir edə bilməz. Hələlik yekun nəticələri bilməsək də, əlimizdəki məlumata görə, bu seçkinin Marneulidə ilk turda başa çatacağını söyləmək olar, əminəm ki, majoritar namizədlər qalib gələcək. Gürcü Arzusu bütün ölkə miqyasında cəmiyyətimizlə birlikdə qazandı. Bu, ölkə üçün vacib bir qələbədir, çünki ölkəmizin sabit inkişafının təminatıdır", - Kaxiani söyləyib.


