02 
Okt
2021
09:44
1409

Qiorqi Qaxaria: "Həmişə demişəm ki, Saakaşvilinin yeri həbsxanadadır"

"Həmişə demişəm ki, Saakaşvilinin yeri həbsxanadadır".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcüstan naminə" partiyasının lideri Qiorqi Qaxaria bildirib.

“O, gürcü məhkəməsi tərəfindən məhkum edilib və Mişa Saakaşvilinin yeri həbsdədir. İkincisi, mən həmişə vurğulamışam ki, Saakaşvili nə vaxtsa Gürcüstana qayıtmağa cürət etsəydi, məntiqi olaraq "Oçeba" ilə razılaşmış şəkildə baş tutardı,  Gürcüstana "Oçneba" gətirərdi və geri qaytarardı.

Bu da təsdiqləndi və indi ümid edirəm ki, "Oçneba" nın Nika Meliaya amnistiya tətbiq etdiyi kimi ona da tətbiq etməsi dair proqnozum gerçəkləşməyəcək", - deyə Qaxaria bəyan edib.

Qaxaria onu da qeyd edib ki, Gürcüstan vətəndaşları bu gün ölkədə baş verənlərə seçkilərdə düzgün qiymət verəcəklər.

"Gürcü xalqı müdrikdir, Gürcüstan bizimdir, Gürcüstan vətəndaşlarınındır və "Naçebi" və "Oçneba" bizə birlikdə belə bir maskarad təşkil edəndə, oktyabrın 1 -də, simvolik olaraq, seçkilərə cəmi bir neçə saat qalmış, əlbəttə, müdrik gürcü adamı seçkilərdə düzgün qiymət verəcək və əminəm ki, o, gələcəyi, irəliləməni seçəcək, və "Naçebi"nin doqquz illik və  "Oçneba"ın doqquz illik keçmişinə qayıtmasını deyil", - Qaxaria deyib.

"Gürcüstan naminə" partiyasının lideri bu gün ölkədə gedən prosesin məzmununu tamamilə anladığını söyləyib.

“Əlbəttə, bu birbaşa seçkilərlə bağlıdır;  Təbii ki, "Oçneba" gücünü istənilən formada özündə saxlamağa çalışır, "Milli Hərəkat" isə istənilən formada ən böyük və ya ilk müxalif qüvvə statusunu qorumağa çalışır. Bu, aralarında müəyyən bir razılaşmanın əldə edildiyinin əsasıdır", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər