02 
Okt
2021
08:35
2384

ABŞ Saakaşvilinin saxlanılmasına münasibət bildirdi

ABŞ Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin saxlanılmasından məlumatlıdır.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildirilib.

Qeyd olunub ki, ABŞ vəziyyətin inkişafını yaxından izləməyə davam edir.

Gürcüstanın keçmiş prezidenti dünən saxlanılıb. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər