Koronavirusla bağlı Bolnisidən dünən göndərilən 33 nəfərin analiz cavabları məlum olub.
InterPress.ge xəbər verir ki, bu gün alınan laboratoriya tədqiqatlarının cavablarına görə, onların heç birinin koronavirusa yoluxması təsdiqlənməyib.
Onların 31-dən bioloji nümunə Kvemo Bolnisidə yerləşən yaşayış məntəqəsindən alınıb, 2 nümunə isə Hərarət Mərkəzinə yerləşdirilmiş pasiyentlərdən götürülüb.
Qeyd edək ki, bələdiyyədə koronavirusa yoluxanların sayı 120-dək artıb.
