07 
May
2020
12:39
3054

Gürcüstanda yağışlı hava şəraiti nə vaxta kimi davam edəcək? Milli Ətraf Mühit Agentliyi AÇIQLADI

Mayın 10-dək Gürcüstanda qeyri-sabit hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin qısamüddətli proqnoz şöbəsinin müdiri Dodo Gvazava bildirib.

Onun verdiyi məlumata görə, Gürcüstanın əksər hissəsində qısamüddətli yağış, tufan və dolu yağacağı gözlənilir. Hidrometeorologiyanın məlumatına görə, mayın 11-dən sonra bütün Gürcüstan ərazisində havanın temperaturu yüksələcək.

"Mayın 10-u da daxil olmaqla, Gürcüstanda hava qeyri-sabit olacaq. Əksər ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu yağacağı gözlənilir. Dağətəyi ərazilərdə mayın 10-u da daxil olmaqla havanın maksimal temperaturu + 16 + 17 dərəcə arasında ola bilər. Dağlıq ərazilərdə havanın temperaturu +10 +15 dərəcə, yüksək dağlarda + 5 +10 dərəcə isti olacaq.

Gürcüstanın şərqindəki Şida Kartlidə aşağı temperatur gözlənilir, +14 +16 dərəcə ehdimal olunur. Kaxetidə +22 +24 dərəcə isti olacaq. Tiflisdə qeyri-sabit hava şəraiti mayın 11-dək davam edəcək. Zamanla küləyin güclənəcəyi, bəzi yerlərdə dolu və qısamüddətli yağış yağacağı gözlənilir.

Mayın 11-dən sonra havanın temperaturu yüksələcək və mayın 12-də və 13-də + 24 + 26 dərəcə isti olacağı mümkündür "dedi. Milli Ətraf Agentliyinin qısamüddətli proqnoz şöbəsinin müdiri.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər