01 
Okt
2021
20:41
3343

Mixail Saakaşvilinin harda saxlanıldığı məlum oldu

"Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili dünən gecə Batumidə idi və bundan sonra Gürcüstan ərazisində hərəkət edirdi".

InterPress.ge xəbər verir ki, bunu Mtavari Arxi-nin qurucusu Nika Qvaramia deyib.

Nika Qvaramianın dediyinə görə, Mixail Saakaşvili Tbilisidə saxlanılıb.

"Saakaşvili təyyarəsinin bura enə bilməyəcəyini, bu təyyarəni qəbul etməyəcəklərini yaxşı bilirdi  və bura necə bacardısa, elə gəldi", - Nika Qvaramia deyib.

Nika Qvaramianın sözlərinə görə, Mixail Saakaşvili Rustavi həbsxanasına aparılıb.

Vahid Milli Hərəkatın üzvü Eka Xerxeulidze Saakaşvilinin Tbilisidə saxlanılması faktını təsdiqləyib.

"Dostlar, sakit olun ... Qaranlıq rejim dördüncü gündür Mixail Saakaşvilini axtarırdı və bu gün tamamilə qeyri -adekvat bəyanatlarla Mişanın Gürcüstanda olmasını inkar edirdilər. Məlumata o qədər sahib deyildilər ki, Truskaveçdə axtarırdılar və Tbilisidə saxladılar...", - Eka Xerxeulidze bəyan edib.

Məlumat üçün bildirək ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər