"Sabahınız xeyir - Vətən sevgisinin gücünü bizə göstərdi!".
InterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vətənə qayıtması ilə bağlı yayılan məlumatlara onun həyat yoldaşı Sandra Roelofs belə münasibət bildirib.
Məlumat üçün bildirək ki, Mixail Saakaşvili bu gün, oktyabrın 1 -də artıq Gürcüstanda olduğunu yazıb. Daha sonra, üçüncü prezident Batumidə olduğu ilə bağlı video müraciət yayımlayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Mixail Saakaşvilinin Gürcüstan sərhədini keçmədiyini bildirib.
