01 
Okt
2021
13:03
383

Davit Şerazadişvili: "Bolnisi ilə mən ayrılmazıq, hər zaman yekdilliklə önə çıxırıq"

"Xalqımın qeyd -şərtsiz dəstəyinə ümid edirəm. Onların bizə olan münasibəti mənə bunu söyləməyə haqq qazandırır".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun Bolnisi merliyinə namizədi Davit Şerazadişvili sosial şəbəkədə yazıb.

Davit Şerazadişvilinin Facebook səhifəsində qeyd etdiyinə görə, "Gürcü Arzusu" ilk turda qalib gələcək.

"Mənim Bolnisililərim,

Qələbə bizdən bir gün uzaqdadır! Xalqımın qeyd -şərtsiz dəstəyinə ümid edirəm. Onların bizə olan münasibəti mənə bunu söyləməyə haqq qazandırır. Bildiyiniz kimi, aktiv bir seçki kampaniyası apardıq, bütün qəsəbələrdə əhali ilə həm açıq, ictimai şəraitdə və həm də qapı-qapı prinsipi ilə görüşdük və mən həmişə onların mənə qarşı olan xoş duyğularını hiss etmişəm. Vətəndaşlarımız hadisələri obyektiv qiymətləndirirlər.

Bolnisi ilə mən ayrılmazıq, hər zaman yekdilliklə önə çıxırıq və hər zaman bələdiyyəmizin daha yaxşı sabahı üçün birləşirik. İnanıram ki, sabah da bütün bu ideyaların ətrafında birləşəcəyik.

Bütün Bolnisililərə dəstək üçün, yanımda olduları üçün və etibar etdikləri üçün təşəkkür edirəm. İnanıram ki, hamımız birlikdə daha yaxşı bir Bolnisi yaradacağıq! Həmçinin fədakar əməyinə, vəfalılığına və dəstəyinə görə komandama, hər bir dəstəkçiyə, aktivistə təşəkkür edirəm.

Hamımız birlikdə yenidən qalib gələcəyik!",- Davit Şerazadişvili yazıb.

Bizimlə əlaqə saxlayın