01 
Okt
2021
09:55
365

Kənan Ömərov seçkiqabağı kampaniya çərçivəsində, Marneulidə yekun tədbir keçirdi - FOTO

„Gürcü Arzusu - Demokratik Gürcüstan“ın Marneuli merliyinə namizədi Kənan Ömərov, seçkiqabağı kampaniyanı rəsmi olaraq başa çatdırıb.

Bu barədə InterPress.ge-yə Ömərovun mətbuat xidmətindən məlumat verilib. 

„Zalda bu qədər cəsarətli insan gördüyüm üçün şadam. Marneuli xalqı sözünün üstundə durandır, biz bir-birimizə dayaq dururuq, bu həmişə görünür və doğru seçimlə bir daha sübut edəcəyik. 

Seçkiqabağı kampaniyanı komandamızın və partiyamızın adət etdiyi kimi sakit və ləyaqətlə keçirdik. Hər bir Marneuli sakininin yanında olduq, onların ehtiyaclarını dinlədik və strateji inkişaf baxışlarımız ilə tanış etdik. 

Səmimi qəbula və dəstəyə görə həmvətənlərimə dərin təşəkkürümü bildirirəm. Kampaniya boyunca dəstək olduqları üçün ailə üzvlərimə təşəkkür edirəm. Mən hər görüşdə dəstəyinizi hiss edirdim. 

„Gürcü Arzusu“ komandası hakimiyyətə gəldiyi gündən etibarən, bölgələrin inkişafı ilə maraqlanır. Bu səbəbdən, Munisipalitetin sabahki günü hər birimizin məsuliyyətidir. Marneulinin daha yaxşı gələcəyini biz birlikdə yaratmalıyıq“ - deyə Kənan Ömərov bəyan edib.

Namizəd, yekun tədbirdə tərəfdarlarına təşəkkür edib. Seçki kampaniyası prosesini yekunlaşdırıb. Həmçinin, 2022-2025-ci illərdə Marneulinin İnkişaf Planının videoçarxını tamaşaçılara təqdim edib.

Bizimlə əlaqə saxlayın