Ğaribaşvili: "Müxalifət seçkidə məğlub olduğunu bilir və təxribatlara hazırlaşa bilər"
"Müxalifət seçkidə məğlub olduğunu bilir və təxribatlara hazırlaşa bilər".
InterPress.ge xəbər verir ki, bunu baş nazir İrakli Ğaribaşvili deyib.
O bildirib ki, hökumət heç kəsə təxribat təşkil etməyə icazə verməyəcək və ölkədə seçkilər dinc şəraitdə keçəcək.
"Ümumiyyətlə, son aylarda müxalifətin Avropa standartlarına uyğun, normal bir seçki kampaniyası apardığını görmədik. Onlar praktiki olaraq işləməyiblər və bu, əlbəttə ki, seçkilərə hazırlaşmadıqlarını söyləməyə imkan verir, hər bir şəhərdə uduzacaqlarını bilirlər və bəlkə də bəzi təxribatlara hazırlaşırlar, amma hamıya demək istəyirəm ki, əlbəttə ki, heç kimin heç bir təxribat təşkil etməsinə icazə verməyəcəyik, ölkə seçkiləri dinc keçirəcək və sülh yolu ilə inkişaf etməyə davam edəcək", - deyə baş nazir bəyan edib.


