InterPress.ge xəbər verir ki, Mşvidoba küçəsində avtomobil park edilmiş qoşqu ilə toqquşub.
Qəza nəticəsində 30 yaşlı bir qadın və 2 azyaşlı olmaqla 3 nəfər yaralanıb.
Hadisə yerinə patrul polisi və təcili yardım briqadaları cəlb edilib.
Uşaqlar Mərkəzi Xəstəxanaya, qadın Rustavi klinikasına yerləşdirilib. Əldə olan məlumata görə, onların sağlamlıq vəziyyəti stabildir.
