29 
Sen
2021
13:45
1299

Təhsil Nazirliyi məlumat yayır

Tələbələrə dəstək olmaq üçün Gürcüstanın Təhsil və Elm Nazirliyi hər il Vahid Milli İmtahanların nəticələrinə əsasən, bakalavr, müəllim hazırlığı üzrə inteqrasiya olunmuş bakalavr-magistr, baytarlıq üzrə inteqrasiya olunmuş magistr, akkreditə olunmuş tibb / stomotologiya təhsil proqramına qəbul olmuş müəyyən kateqoriya tələbələr üçün dövlət tərəfindən qrantla maliyyələşdirilən sosial proqram həyata keçirir.

InterPress.ge xəbər verir ki, adı çəkilən proqram, dövlət təhsil qrantının məbləğinə uyğun olaraq, ali təhsilin birinci mərhələsi üçün tam maliyyə təmin edir. 

Proqramın ümumi büdcəsi 2 520 000 lari təşkil edir. Nazirlikdən verilən məlumata görə, sosial proqram çərçivəsində təhsilin maliyyələşdirilməsi üçün müraciətlər yalnız socreg.mes.gov.ge elektron portalında onlayn olaraq qəbul ediləcək. Qeydiyyat 1 oktyabr 2021 -ci il saat 18: 00 -dək davam edəcək. İndiyədək 3600 -dən çox ərizə daxil olub.

Sosial proqram çərçivəsində 13 kateqoriya tələbə dövlət təhsil qrantı ala bilər. Xüsusilə:

● Yüksək dağlıq kəndi statusuna malik olan məktəbin məzunları;

● İşğal olunmuş ərazilərdən olan tələbələr;

● Azərbaycan dilli məktəb məzunları

● Erməni dilli məktəb məzunları;

● Ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların uşaqları, ağır / əhəmiyyətli əlilliyi olan veteranlar və ya uşaqları;

● Kimsəsiz (yetim) şagirdlər;

● Çox uşaqlı ailə üzvləri (4 və daha çox uşaq);

● Dövlət himayəsində olan tələbələr;

● Əlilliyi olan tələbələr;

● Autizm spektri pozğunluğu olan insanlar;

● İşğal olunmuş ərazilərdə demarkasiya xəttinə bitişik kəndin məzunları;

● Sosial cəhətdən həssas tələbələr (ailə reytinq balı 70.000 və daha aşağı).

Sosial proqram ilə bağlı ətraflı məlumat, maliyyələşdiriləcək tələbələrin kateqoriyası, müraciətlərin elektron qeydiyyatı, müzakirə proseduru və tələb olunan sənədlərin siyahısına Nazirliyin rəsmi internet saytında baxa bilərsiniz:

https://www.mes.gov.ge/content.php?id=4231&lang=ge...
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər