29 
Sen
2021
13:22
850

Nika Melia: "Bu ölkənin qurtuluşu və həll yolu budur"

"Cəmiyyətə rəngarənglik təklif edirik".

InterPress.ge xəbər verir ki, "Vahid Milli Hərəkat"ın lideri və Tbilisi merliyinə namizəd Nika Melia ictimaiyyətə müraciət edib.

Nika Melianın bu gün keçirilən brifinqdə qeyd etdiyinə görə, ölkənin qurtuluşunu koalisiya idarəçiliyində görür.

"Cəmiyyətə rəngarənglik təklif edirik. Biz cəmiyyətə demirik ki, Bidzina İvanişvili hökuməti bir partiyalı, başqa bir hökumətlə əvəzlənməlidir. Şəxsən mənim və Milli Hərəkatın mövqeyi budur ki, ölkənin qurtuluşu və bu mərhələdəki həll yolu rəngarənglik və koalisiya idarəçiliyidir", - deyib Nika Melia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər