29 
Sen
2021
11:50
985

Gürcüstanda seçkilərlə bağlı sorğu keçirildi

İmedi TV -nin sifarişi ilə keçirilən "Bu gün yerli özünüidarəetmə seçkiləri keçirilsəydi, hansı partiyaya səs verərdiniz?" sorğusunun nəticələrinə görə, respondentlərin 49,6% -i "Gürcü Arzusu"na, 25,9% -i "Vahid Milli Hərəkat"a, 5,3% -i "Gürcüstan naminə" partiyasına səs verərdi.

InterPress.ge xəbər verir ki, soruğuda ümumilikdə 2000 respondent iştirak edib.

Gorbi sorğusuna görə, daha sonra 4,1% ilə "Vətənpərvərlər Alyansı", 2,7% ilə "Avropalı Gürcüstan" gəlir. Respondentlərin 2,6% -i "Lelo"ya, 2,2% -i "Üçüncü Qüvvə"yə, 2%-i Zurab Gaparidzenin "Qirçi"yə, 1.8%-i "Leyboristlər"ə, 1.5%-i "Vətəndaşlar"a, 0.9% -i İaqo Xviçia "Qirçi"yə səs verəcək, 1.4%-i isə digər partiyaların adını çəkiblər.

İmedi TV-nin sifarişi ilə 10-19 sentyabr tarixlərində ictimai fikir araşdırma mərkəzi olan "Gorbi", ölkə daxilində sosial sorğu keçirib. Sorğu yalnız seçkiyə qatılmaq niyyətində olduğunu müsahibinə təsdiq edən respondentlərin cavablarını əks etdirir.

Televiziya kanalına görə, əhali ilə üz-üzə müsahibə metodu ilə sorğu keçirilib, respondentləri seçmək üçün çoxmərhələli təsadüfi seçmə üsulundan istifadə edilib. Sorğu nəticələrinin səhv həddi ölkə əhalisi üçün +/- 2,5%, Tbilisi əhalisi üçün + / 3,4% -dir. Araşdırmanın hədəf qrupu Gürcüstan ərazisində yaşayan yetkin əhalidir və müsahibə götürülən məntəqədə qeydiyyatdan keçmiş seçicidir. Araşdırma işğal olunmuş ərazilərdə, cəzaçəkmə müəssisələrində, xəstəxanalarda, əsgərlikdə və digər xüsusi müəssisələrdə yaşayan əhalini əhatə etməyib. Təqdim olunan məlumatlar "ehtimal olunan seçicilərin" rəyinə əsaslanır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər