29 
Sen
2021
10:45
631

Gürcüstanda koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1929 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 611 269 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1914 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 582 805 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 33 nəfər ölüb və ölənlərin ümumi sayı 8 917 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər