Hal-hazırda Gürcüstanda fəaliyyət göstərən bazarların sayı açıqlanıb
Gürcüstan miqyasında bu gün 47 bazar fəaliyyət göstərir.
InterPress.ge xəbər verir ki, bu barədə Ərzaq Milli Agentliyindən verilən məlumatda bildirilir.
Agentliyin rəhbərinin müavini, Vasil Basiladze 47 bazarın hər birinə müvafiq rekomendasiyaların verildiyini bildirir.
Onun sözlərinə görə, bazara insanların giriş və çıxışına həm bazar idarəçiliyi, həm də satıcılar nəzarət edəcəklər.
"Bu onların vəzifə və vətəndaşlıq məsuliyyətidir. Əgər bazar rəhbərliyi idarəetməni düzgün aparırlarsa, o zaman rekomendasiyaları həyata keçirmək daha asan olacaq. Rekomendasiya və qaydaların pozulması halında, qanunvericilik sanksiyalar nəzərdə tutur və bu olduqca böyükdür. Cərimə sanksiyaları bizim məqsədimiz deyil. Biz biznes operatorlara rekomendasiyalara əməl etmələri üçün bir daha xəbərdarlıq edəcəyik“, – deyə Vasil Basiladze bildirib.


