28 
Sen
2021
11:38
521

Mənzilləri qarət edən şəxs saxlanıldı

Polis Tbilisidə mənzilləri qarət edən bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Tbilisi Polis Departamentinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti sınaqda olan D.Q.-nı oğurluq ittihamı ilə saxlayıblar.

“İstintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs bu il sentyabrın 10 -da Varketilidə, vətəndaşlardan birinin mənzilinə gizli şəkildə girərək müxtəlif əşyalar oğurlayıb və hadisə yerindən qaçaraq gizlənib. Polis D.Q.- nı hadisədən qısa müddət sonra isti təqib nəticəsində saxladı.

İşin araşdırılması zamanı məlum oldu ki, təqsirləndirilən şəxs Tbilisinin müxtəlif rayonlarında gizli şəkildə bir neçə mənzilə girərək onları qarət edib.

Hüquq -mühafizə orqanlarının əməkdaşları D.Q. -nin mənzilinə baxış zamanı cinayətkarlıq yolu ilə mənimsənilən əşyaların bir hissəsini və ehtimal olunan odlu silahı sübut kimi götürdülər.

Oğurluq faktı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin "q" bəndi ilə araşdırılır.

Cinayətdə 4 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur",- Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın