27 
Sen
2021
23:13
3113

SON DƏQİQƏ! Saakaşvili çağırış etdi

"2 oktyabr axşamı üçün bilet aldım".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili deyib.

Mixail Saakaşvili Facebook müraciətində 2 Oktyabr seçkilərinin əhəmiyyətindən bəhs edərək, hər kəsin seçkiyə getməsinin vacib olduğunu və "Seçki məntəqələri bağlandıqdan sonra hamımız şəhərin, kəndlərin mərkəzlərinə getməli və qələbəni birlikdə müdafiə etməli" olduğumuzu söyləyib.

"Bu prosesdə kənarda dura bilmərəm, Gürcüstanın taleyi həll olunur, Gürcüstanı xilas edib- etməmək məsələsi həll olunur və təbii olaraq dediyim kimi Tbilisidə sizinlə birlikdə olmaq, sizinlə birlikdə iradəni müdafiə etmək və Gürcüstanın xilasında sizinlə birlikdə olmaq üçün 2 oktyabr axşamı üçün bilet aldım", - Saakaşvili bəyan edib.

Mixail Saakaşvili Facebook müraciətinin şərhində təyyarə biletinin şəklini də yerləşdirib:

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər