Qərbi Gürcüstanın bəzi yerlərində oktyabrın 1 -dək yağış yağacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Məlumata görə, havanın temperaturu +19, +24 dərəcə olacaq.
Sentyabrın 27-28-də Şərqi Gürcüstanda əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu +20, +25 dərəcə olacaq.
29-30 sentyabrda buludlu və arabir yağışlı hava olacaq, havanın temperaturu +13, +18 dərəcəyə enəcək.
Sentyabrın 27-28-də Tbilisidə yağmursuz hava şəraiti olacaq. Havanın temperaturu +22, +24 dərəcə olacaq. 29-30 sentyabrda buludlu olacaq və arabir yağış yağacaq, havanın temperaturu +16, +18 dərəcəyə enəcək.
