27 
Sen
2021
10:41
667

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı azalmağa davam edir - STATİSTİKA

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 663 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb. 

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 607 155 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2383 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 578 881 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 27 nəfər ölüb və ölənlərin ümumi sayı 8 844 nəfər təşkil edib.

 

Bizimlə əlaqə saxlayın